Şəmkirdə 10 nəfər dönərdən zəhərləndi

09:00 09.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkirdə kütləvi zəhərlənmə qeydə alınıb.

 

Hafta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun 5-ci küçəsində yerləşən “Mahmud” dönər satışı məntəqəsində qeydə alınlb.

 

Belə ki, 2 uşaq olmaqla 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal onlara yadım göstərilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.

 

Zəhərlənən şəxslərin sözlərinə görə, onlar dönər yedikdən sonra özlərini pis hiss ediblər.

 

Hazırda fakt araşdırılır.